WSJ: “İranla müharibə İsrailə çox baha başa gəlir” | VİDEO

   WSJ: “İranla müharibə İsrailə çox baha başa gəlir”    | VİDEO
  20 İyun 2025    Oxunub:688
İranla münaqişə İsrailə gündə yüz milyonlarla dollara başa gəlir və ekspertlərin fikrincə, bu, onun uzun sürən müharibəni davam etdirmək imkanlarını məhdudlaşdıra bilər.
AzVision.az xəbər verir ki, belə məlumat yayan “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, əsas xərclər İranın İsrailə atdığı raketləri tutan qurğularla bağlıdır: onların gündəlik xərcləri 200 milyon dollara çatır. “Davidin sapandı” müdafiə sisteminin bir atəşi 700 min dollara, “Arrow-3” raketinin buraxılışı isə 4 milyon dollara başa gəlir.

“Əlavə xərclərə hər bir saatı təxminən 10 min dollara başa gələn F-35 qırıcılarının istismarı, həmçinin yanacaq doldurmaları, “JDAM” və “MK84” kimi dəqiq idarə olunan sursatlar daxildir. İnfrastruktura zərbələr də ciddi ziyan vurur: dəyən zərərin aradan qaldırılması ən azı 400 milyon dollara başa gələ bilər”, - qəzet yazır.

Nəşrin mənbələrənin iddiasına görə, İranla bir aylıq müharibə İsrailə təxminən 12 milyard dollara başa gələcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   müharibə   xərclər  



Xəbər lenti